“Azəryol” vahid liderliyə yiyələndi

Qadın həndbolçuların ölkə çempionatında 8-ci turun oyunları keçirilib.

Daha böyük maraqla gözlənilən “Azəryol” – “Qarabağ” görüşü gərgin idman mübarizəsi ilə yadda qalıb. Son ölkə çempionu mövsümə iddialı başlayan rəqiblə oyuna qələbə üçün çıxmışdı. Yüksək əzmkarlıq nümayiş etdirən “Azəryol” qarşıya qoyulan tapşırığı yerinə yetirib – 31:26.

Günün digər qarşılaşmasında isə “Azərsu” “İdman Akademiyası” komandasını sınağa çəkib. Əksəriyyət nominal qonaqların autsayder üzərində rahat qələbə çalacağını gözləyirdi. Amma, kifayət qədər ciddi müqavimət göstərən “tələbələr” təcrübəli rəqibə asanlıqla təslim olmayıblar. “Azərsu” maraqlı mübarizənin sonunda cəmi 4 xal fərqi ilə qələbə qazanıb – 43:39.

Əsas rəqibi üzərində qələbə çalan “Azəryol” 14 xalla, çempionatın artıq vahid lideridir. “Qarabağ” 12 xalla ikinci pillədə qərarlaşıb. 3-cü yerdəki “Azərsu” xal sayını 6-ya yüksəldib. “İdman Akademiyası” komandasının hələ də xalı yoxdur.

Çempionatın 9-cu turunun oyunları dekabrın 18-də keçiriləcək. Həmin gün “Qarabağ” “Azərsu” ilə, “Azəryol” isə “İdman Akademiyası” ilə üz-üzə gələcək.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Avqust 2020
BE ÇA Ç CA C Ş B
« Fev    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Məhsul9801281-20816
2Bakı9702287-20114
3Təhsil9216222-2755
4U-189118204-3101

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol9801296-22616
2Qarabağ9702291-25414
3Azərsu9306277-2786
4İdman Akademiyası9009256-3680