“Azəryol” və “Qarabağ”ın növbəti qələbəsi

Qadın həndbolçuların Azərbaycan çempionatında XII turun oyunları keçirilib. Yarış cədvəlinin lideri  – “Azəryol” bu tur “İdman Akademiyası” komandasını sınağa çəkib. Matçın əvvəlindən təşəbbüsə yiyələnən nominal ev sahibi  azarkeşlərinə növbəti qələbə sevinci yaşadıb. “Tələbələr” çox çalışsalar da, məğlubiyyətdən qurtula bilməyiblər. Görüş 36:29 hesabı ilə “Azəryol”un xeyrinə nəticələnib.

Günün digər qarşılaşmasında “Azərsu” və “Qarabağ” komandaları üz-üzə gəliblər. Bu görüşdə də gözlənilməz nəticə qeydə alınmayıb. Daha kəsərli hücumlar təşkil edən nominal qonaqlar matçı qələbə ilə başa vurublar – 39:31.

Məğlubiyyətsiz seriyanı davam etdirən “Azəryol” 22 xalla çempionatın vahid lideridir. Onun əsas rəqibi sayılan “Qarabağ”ın aktivində 18 xal var. “Azərsu” 6 xalla üçüncü pillədə qərarlaşıb. Autsayder “İdman Akademiyası” komandasının  hələ də xalı yoxdur.

Martın 4-də keçiriləcək XIII turun oyunlarında “Azəryol” “Azərsu” ilə, “Qarabağ” “İdman Akademiyası” ilə üz-üzə gələcək.

Fevralın 21-də isə kişi həndbolçuların çempionatında 1 oyun olacaq. Söhbət “Bakı” –  “Təhsil” matçından gedir.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

İyul 2020
BE ÇA Ç CA C Ş B
« Fev    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Məhsul9801281-20816
2Bakı9702287-20114
3Təhsil9216222-2755
4U-189118204-3101

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol9801296-22616
2Qarabağ9702291-25414
3Azərsu9306277-2786
4İdman Akademiyası9009256-3680