“Azəryol” Tbilisidən qələbə ilə dönür

Qadın həndbolçuların Azərbaycan çempionatında daha iki qarşılaşma olub. Tbilisidə keçirilən oyunlarda yerli “Olimpiya” ilə Bakının “Azəryol” komandası qarşılaşıb. Yanvarın 10-da təşkil olunan görüş 33:21 hesabı ilə Azəryolun xeyrinə başa çatıb.
Rəqiblərin bugünkü oyunu da “Azəryol”un üstünlüyü ilə yadda qalıb. Bunun məntiqi nəticəsi kimi ikinci qarşılaşmanı da Azərbaycan həndbolçuları qələbə ilə bitiriblər- 31:22.
Xatırladaq ki, razılaşmaya əsasən, Azərbaycan çempionatının 20 oyunundan 10-nu Bakıda keçirən Gürcüstanın “Olimpiya” komandasının digər görüşləri Tbilisidə təşkil olunur.
Sabah keçiriləcək Qarabağ – Gənclərbirliyi, İdman Akademiyası – Azərsu görüşləri ilə yarışın 10-cu turuna yekun vurulacaq.
Azərbaycan çempionatının 3-cü dövrəsinə isə yanvarın 24-də start veriləcək.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

OYUN TƏQVİMİ

Dekabr 2018
BE ÇA Ç CA C Ş B
« Noy   Fev »
 12
34567
10111213
171819202122
24252627282930
31  

OYUN NƏTİCƏLƏRİ

TarixHadisələrZaman/NəticəMəkanMəqalə

XAL CƏDVƏLİ

KİŞİLƏR XI TUR

SıraKlubOQXal
1Bakı121020
2Məhsul121020
3Təhsil1248
4U-161200

YEKUN CƏDVƏL

SıraKlubOQXal
1Azərsu201836
2Azəryol201836
3Qarabağ201020
4İdman Akademiyası20613