“Azəryol” “Qarabağ”ı çətinliklə yendi

Qadın həndbolçuların Azərbaycan çempionatında növbəti qarşılaşmalar olub. Qızıl medallara namizədlərdən sayılan “Azəryol” bu dəfə “Qarabağ”la münasibətləri aydınlaşdırıb. Görüşün favoriti rəqibin kifayət qədər ciddi müqavimətinə rast gəlib. Bununla belə, gərgin mübarizənin sonunda “Azəryol” komandası azarkeşlərini sevindirməyi bacarıb – 26:23.

Yarış cədvəlinin lideri isə “Gənclər Birliyi”ni sınağa çəkib. “Azərsu”nun tam üstünlüyü şəraitində keçən oyun 49:23 hesabı ilə nəticələnib.

Hərəyə 32 xalı olan “Azərsu” və “Azəryol” komandaları 1-ci, 2-ci yerləri bölüşürlər. Bir oyun az keçirən “Azərsu” ilk pillədədir. 3-cü yerin sahibi “Qarabağ”ın 16 xalı var. 7 xala malik “İdman Akademiyası” və “Olimpiya” komandaları 4-cü, 5-ci pillələrdə qərarlaşıblar. Autsayder “Gənclər Birliyi” hələ də xal qazana bilməyib.

NÖVBƏTİ OYUN

İdman Akademiyası — Azəryol

ABU ARENA

BİZİ İZLƏYİN

OYUN TƏQVİMİ

Aprel 2019
BE ÇA Ç CA C Ş B
« Mar    
123457
89101112
151617181921
222328
2930  

XAL CƏDVƏLİ

KİŞİLƏR XI TUR

SıraKlubOQXal
1Məhsul111020
2Bakı11918
3Təhsil1136
4U-161100

QADINLAR XVII TUR

SıraKlubOQXal
1Azərsu171632
2Azəryol181632
3Qarabağ16918
4İdman Akademiyası1537