“Azəryol” liderliyi davam etdirir

Qadın həndbolçuların Azərbaycan çempionatında XI turun oyunları keçirilib. Günün ilk görüşü daha böyük maraqla gözlənilirdi. Çempionluq uğrunda yarışan “Qarabağ”la “Azəryol”un qarşılaşması gözlənildiyi kimi gərgin mübarizə ilə yadda qalıb. Liderlə xal fərqini aradan qaldırmaq istəyində olan rəqibin ciddi müqavimətinə baxmayaraq, 3 xallıq üstünlüklə qələbə çalan “Azəryol” pərəstişkarlarını sevindirib – 29:26.

Turun “Azərsu” – “İdman Akademiyası” matçında nominal ev sahibi heç də asanlıqla qalib gəlməyib. Məğlubiyyətlə barışmaq istəməyən “İdman Akademiyası” rəqibə layiqli müqavimət göstərib. Bununla belə, görüş daha təcrübəli “Azərsu”nun üstünlüyü ilə yekunlaşıb – 39:33.

XI turu da qələbə ilə bitirən “Azəryol” 20 xalla liderliyi davam etdirir. “Qarabağ” ondan 4 xal geri qalır. “Azərsu” 6 xalla üçüncü yerdə qərarlaşıb. Hələ də xal qazana bilməyən “İdman Akademiyası” çempionatın autsayderidir.

Fevralın 19-na təyin olunan XII turun oyunlarında “Azəryol” “İdman Akademiyası” ilə, “Azərsu” “Qarabağ”la üz-üzə gələcək.

Fevralın 15-də isə, kişi həndbolçuların ölkə çempionatında növbəti oyunlar keçiriləcək. Həmin gün azarkeşlər “Bakı” – “Məhsul” “Təhsil” – U-18 görüşlərinin şahidi olacaqlar.

 

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
« Fev    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Məhsul9801281-20816
2Bakı9702287-20114
3Təhsil9216222-2755
4U-189118204-3101

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol9801296-22616
2Qarabağ9702291-25414
3Azərsu9306277-2786
4İdman Akademiyası9009256-3680