“Azəryol” liderlə xal fərqini aradan qaldırıb

Qadın həndbolçuların Azərbaycan çempionatında 16-cı turun oyunları keçirilib. Baş mükafata namizədlərdən sayılan “Azəryol”un növbəti rəqibi “Gənclər Birliyi” komandası olub. Gənc həndbolçular çox çalışsalar da, güclü rəqibin kəsərli hücumlarının qarşısını ala bilməyiblər. Nominal meydança sahibinin aşkar üstünlüyü şəraitində keçən qarşılaşma  53:26 hesabı ilə nəticələnib.

Daha gərgin mübarizə ilə yadda qalan “Qarabağ” – “İdman Akademiyası” matçında isə “Qarabağ” həndbolçuları qələbə qazanıblar – 33:28.

Növbəti qələbəyə imza atan “Azəryol” lider “Azərsu” ilə xal fərqini aradan qaldırıb. Belə ki, bir oyun az keçirən “Azərsu”nun da 30 xalı var. “Qarabağ” 16 xalla üçüncü yerdə qərarlaşıb. Hərəyə 7 xalı olan “İdman Akademiyası” və “Olimpiya” komandaları 4-cü, 5-ci pillələri bölüşürlər. Hələ ki xal qazana bilməyən “Gənclər Birliyi” çempionatın autsayderidir.

NÖVBƏTİ OYUN

İdman Akademiyası — Azəryol

ABU ARENA

BİZİ İZLƏYİN

OYUN TƏQVİMİ

Aprel 2019
BE ÇA Ç CA C Ş B
« Mar    
123457
89101112
151617181921
222328
2930  

XAL CƏDVƏLİ

KİŞİLƏR XI TUR

SıraKlubOQXal
1Məhsul111020
2Bakı11918
3Təhsil1136
4U-161100

QADINLAR XVII TUR

SıraKlubOQXal
1Azərsu171632
2Azəryol181632
3Qarabağ16918
4İdman Akademiyası1537