“Azəryol” ciddi sınaq qarşısında

Qadın həndboldçulardan ibarət “Azəryol” komandası növbəti Avrokubok mövsümünə hazırlaşır.

Azərbaycan çempionu EHF kuboku uğrunda yarışda Ukraynanın “Qaliçanka” klubu ilə mübarizə aparacaq.

Razılaşmaya əsasən, həndbolçularımız hər iki oyunu səfərdə keçirəcəklər. İlk görüş sentyabrın 7-də,  cavab matçı isə ertəsi gün təşkil olunacaq. Lvov şəhərinin “Qaliçanka” İdman Kompleksində keçiriləcək oyunları  rumıniyalı hakimlər idarə edəcəklər. EHF nümayəndəsi slovakiyalı Peter Dvorski olacaq.

Qeyd edək ki, bu gün Ukraynaya yollanan “Azəryol” avqustun 31-dən sentyabrın 6-dək  Ujqorod şəhərində  oyunlara hazırlaşacaq.