“Azəryol” “Challenge Cup” turnirində cavab oyununu keçirib

Qadın həndbolçulardan ibarət “Azəryol” klubu  Avropa Həndbol Federasiyasının “Challenge Cup” (Çağırış kuboku)  turnirində mübarizəni dayandırıb. Xəbər verdiyimiz kimi, qitə miqyaslı yarışın 3-cü mərhələsində “Ankara Yenimahalle BSK” komandası ilə ilk görüş həndbolçularımızın qələbəsi ilə bitmişdi. Fasiləyə 17:17 hesabı ilə yollanan rəqiblərin ikinci hissədəki duelindən “Azəryol” qalib ayrılmışdı – 30:29.

Noyabrın 18-də Türkiyə paytaxtının “THF Spor Kompleks” arenasında təşkil olunan cavab oyunu da gərgin mübarizə şəraitində keçib. Təəssüf ki, minimal üstünlüyü qorumağa çalışan həndbolçularımız  doğma meydança amilindən faydalanan rəqibin qarşısını ala bilməyiblər. Görüş 31:24 hesabı ilə Türkiyə təmsilçisinin xeyrinə başa çatıb. Beləliklə, iki oyunun nəticəsinə əsasən, növbəti mərhələyə “Ankara Yenimahalle BSK” komandası çıxıb.

Xatırladaq ki,  Şerif Xema və Yahya Besfortdan ibarət kosovolu hakimlər briqadasının idarə etdiyi qarşılaşmalar  əvvəlcədən razılaşdırıldığı kimi Ankarada keçirilib.

NÖVBƏTİ OYUN

İdman Akademiyası — Azəryol

ABU ARENA

BİZİ İZLƏYİN

OYUN TƏQVİMİ

Aprel 2019
BE ÇA Ç CA C Ş B
« Mar    
123457
89101112
151617181921
222328
2930  

XAL CƏDVƏLİ

KİŞİLƏR XI TUR

SıraKlubOQXal
1Məhsul111020
2Bakı11918
3Təhsil1136
4U-161100

QADINLAR XVII TUR

SıraKlubOQXal
1Azərsu171632
2Azəryol181632
3Qarabağ16918
4İdman Akademiyası1537