“Azəryol” çempionluğu rəsmiləşdirdi

Qadın həndbolçuların Azərbaycan çempionatında mübarizə sona yaxınlaşır. Yarışın 19-cu turu da imkanları yüksək qiymətləndirilən komandaların qələbəsi ilə yadda qalıb. Ötən tur əsas rəqibinə qalib gələn “Azəryol”  “İdman Akademiyası”na da aman verməyib – 40:27.  Bu nəticə “Azəryol”un çempionluğunu rəsmiləşdirib.

“Azərsu” – “Qarabağ” görüşü isə daha gərgin mübarizə şəraitində keçib. Meydançaya qələbə üçün çıxan “Azərsu” rəqibin ciddi müqavimətinə baxmayaraq, tapşırığın öhdəsindən gəlməyi bacarıb – 30:29.

20 oyundan 36 xal toplayan “Azəryol” son turun nəticələrindən asılı olmayaraq, zirvəni heç kimlə bölüşməyəcək. “Azərsu” 34 xalla ikinci pillədə qərarlaşıb. 3-cü pillədəki “Qarabağ”ın 20 xalı var. “İdman Akademiyası” 9 xalla 4-cü, “Olimpiya” 7 xalla 5-ci yerdədir. Bütün oyunlarda məğlub olan “Gənclər Birliyi” yarışın autsayderidir.

Qeyd edək ki, Azərbaycan çempionatına aprelin 27-də yekun vurulacaq.

Şərh əlavə et

Click here to post a comment

thirteen + 15 =

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Noyabr 2019
BE ÇA Ç CA C Ş B
« Okt    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Bakı1100-2
1Məhsul1100-2
3Təhsil1001-0
3U-181001-0

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol1100-2
1Qarabağ1100-2
3Azərsu1001-0
3İdman Akademiyası1001-0