“Azəryol” – “Azərsu” görüşündə gərgin mübarizə

Qadın həndbolçuların ölkə çempionatında VII turun görüşləri keçirilib. Günün böyük maraqla gözlənilən oyununda “Azəryol” və “Azərsu” komandaları üz-üzə gəliblər. Gərgin mübarizə vəd edən qarşılaşmada ciddi müqavimət göstərən “Azərsu” çox çalışsa da, məğlubiyyətdən yaxa qurtara bilməyib – 24:28.

Turun digər qarşılaşmasında “Qarabağ” “İdman Akademiyası”nı qəbul edib. Autsayderlə oyuna aşkar favorit qismində çıxan “Qarabağ” növbəti qələbəsini çətinlik çəkmədən qazanıb- 38:24.

Hərəyə 12 xalı olan “Azəryol” və  “Qarabağ” komandaları   çempionatın şərikli liderləridir. 3-cü pillədə qərarlaşan “Azərsu”nun 4 xalı var. Autsayder “İdman Akademiyası”nın aktivində hələ də xal yoxdur.

Dekabrın 11-də keçiriləcək növbəti oyunlarda “Azəryol” “Qarabağ”la, “İdman Akademiyası” “Azərsu” ilə qarşılaşacaq.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Avqust 2020
BE ÇA Ç CA C Ş B
« Fev    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Məhsul9801281-20816
2Bakı9702287-20114
3Təhsil9216222-2755
4U-189118204-3101

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol9801296-22616
2Qarabağ9702291-25414
3Azərsu9306277-2786
4İdman Akademiyası9009256-3680