“Azəryol” – “Ankara Yenimahalle BSK” görüşünün hakimləri açıqlandı

Xəbər verdiyimiz kimi, qadın həndbolçulardan ibarət “Azəryol” klubu Avropa Həndbol Federasiyasının “Challenge Cup” turnirində mübarizəyə Türkiyədə başlayacaq. Qitə miqyaslı yarışa III mərhələdən qoşulacaq komandamızın rəqibi “Ankara Yenimahalle BSK” komandasıdır. Noyabrın 17-si və 18-nə təyin olunan hər iki görüş Ankarada təşkil olunacaq.

Türkiyə paytaxtının “THF Spor Kompleks” arenasında keçiriləcək oyunların hakimləri də artıq məlumdur. Hər iki qarşılaşmanı Şerif Xema və Jahya Besfortdan ibarət kosovolu hakimlər briqadası idarə edəcək. EHF nümayəndəsi kimi isə gürcüstanlı Levan Gelaşvili fəaliyyət göstərəcək.

NÖVBƏTİ OYUN

Qarabağ - İdman Akademiyası

ABU ARENA

OYUN TƏQVİMİ

Noyabr 2018
BE ÇA Ç CA C Ş B
« Okt    
 12
5789
121315161718
19202122232425
2627282930  

OYUN NƏTİCƏLƏRİ

BİZİ İZLƏYİN

ANONS