“Azərsu” “Qarabağ”la gərgin mübarizədən qalib ayrılıb

Qadın həndbolçuların Azərbaycan çempionatında mübarizə davam edir. Həftəsonu 9-cu turun oyunları keçirilib.

“ABU Arena”nın meydançasına əvvəlcə “Azərsu” və “Qarabağ” komandaları çıxıblar. Gərgin və maraqlı qarşılaşma “Azərsu”nun qələbəsi ilə nəticələnib. “Qarabağ” həndbolçuları ciddi müqavimətə rəğmən, məğlubiyyətdən qurtula bilməyiblər – 25:28.

Günün digər oyununda isə “Azəryol” “İdman Akademiyası” komandasına çətinlik çəkmədən qalib gəlib – 39:27.

Çempionatın 9-cu turuna Tbilisidə keçiriləcək iki oyunla yekun vurulacaq. Yanvarın 10-u və 11-də yerli “Olimpiya” ilə “Azəryol” üz-üzə gələcək.

Yarışın 10-cu turuna isə  yanvarın 12-də start veriləcək. Həmin gün “İdman Akademiyası” “Azərsu” ilə, “Qarabağ” “Gənclər Birliyi” ilə qarşılaşacaq.


NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

OYUN TƏQVİMİ

Yanvar 2019
BE ÇA Ç CA C Ş B
« Dek    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

OYUN NƏTİCƏLƏRİ

TarixHadisələrZaman/NəticəMəkanMəqalə

XAL CƏDVƏLİ

KİŞİLƏR

SıraKlubOQXal
1Məhsul448
2Bakı436
3Təhsil412
4U-16400

QADINLAR

SıraKlubOQXal
1Azərsu6612
2Azəryol548
3Qarabağ536
4İdman Akademiyası713