“Azərsu” əsas rəqibini son anda üstələyib

Bu gün qadın həndbolçuların Azərbaycan çempionatında 3-cü tura start verilib.
İlk oyun günündə yarışın favoritləri sayılan “Azərsu” və “Azəryol” komandalarının görüşü böyük maraq doğururdu. Gözlənildiyi kimi gərgin mübarizə şəraitində keçən qarşılaşmanın ilk hissəsi 12:12 hesabı ilə yekunlaşıb. Fasilədən sonra da rəqiblərin bərabər mübarizəsi hesabda əksini tapa bilərdi. Amma final fitinə az qalmış, hesab 27:27 olarkən “Azəryol”un qapısına təyin edilən 7 metrlik cərimə zərbəsindən layiqincə faydalanan “Azərsu”  matçı qələbə ilə başa vurub – 28:27.

 

Günün digər matçında “İdman Akademiyası” komandası ilə “Gənclər Birliyi” qarşılaşıb. İlk dəqiqələrdən üstünlüyə yiyələnən “tələbələr” rəqibin müqavimətini qırmaqda çətinlik çəkməyiblər – 36:25.

Sabah kişi həndbolçular ölkə çempionatında mübarizəyə qatılırlar. İlk turun görüşlərində son çempion “Bakı” U-16 komandasını sınağa çəkəcək.  Digər oyunda isə “Təhsil” və “Məhsul” kollektivləri üz-üzə gələcəklər.

NÖVBƏTİ OYUN

Qarabağ - İdman Akademiyası

ABU ARENA

OYUN TƏQVİMİ

Noyabr 2018
BE ÇA Ç CA C Ş B
« Okt    
 12
5789
121315161718
19202122232425
2627282930  

OYUN NƏTİCƏLƏRİ

BİZİ İZLƏYİN

ANONS