Azərbaycan kubokunda ilkin mərhələ yekunlaşdı

Qadın həndbolçuların Azərbaycan kuboku yarışında ilkin mərhələyə yekun vurulub. Azarkeşlər qrup turnirinin son oyun günündə də maraqlı qarşılaşmalar izləyiblər.

Meydançaya əvvəlcə “Azərsu” və “Qarabağ” komandaları çıxıblar. İlk iki oyunu qələbə ilə başa vuran rəqiblərin dueli qrup liderini müəyyənləşdirəcəkdi. Bu baxımdan gərgin mübarizə vəd edən qarşılaşmada “Qarabağ”ın qələbəsinə inananlar yanılmayıblar. Nominal qonaqlar kifayət qədər ciddi müqavimət göstərən rəqibin müqavimətini çətinliklə də olsa qırıblar – 31:28.

Günün digər matçında “Azəryol” “İdman Akademiyası”nı sınağa çəkib. Turnirin aşkar autsayderi ilə oyun  favorit üçün elə də çətin alınmayıb. Rəqibi əksər göstəricilərdə üstələyən “Azəryol” oyunu 37:30 hesablı qələbə ilə başa vurub.

Qrup yarışlarının nəticələrinə əsasən, apreldə keçiriləcək yarımfinal oyunlarında  “Qarabağ” “İdman Akademiyası” ilə, “Azərsu” “Azəryol” ilə qarşılaşacaq. Kukokun sahibi isə may ayında müəyyənləşəcək.

Xatırladaq ki, kişi həndbolçuların yarımfinal görüşlərində “Məhsul” U-18 komandası ilə, “Bakı” isə “Təhsil”lə üz-üzə gələcək.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

İyun 2020
BE ÇA Ç CA C Ş B
« Fev    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Məhsul9801281-20816
2Bakı9702287-20114
3Təhsil9216222-2755
4U-189118204-3101

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol9801296-22616
2Qarabağ9702291-25414
3Azərsu9306277-2786
4İdman Akademiyası9009256-3680