Azərbaycan kubokunda 1/2 finalçılar məlumdur

Kişi həndbolçuların ölkə kuboku turnirində qrup mərhələsinə yekun vurulub. Son oyun günündə əvvəlcə “Məhsul” və U-18 komandaları meydançaya çıxıblar. Bu görüşdə yarışın əsas favoritinin autsayder üzərində asan qələbə çalacağı gözlənilsə də, “Məhsul” yüksək əzmkarlıq göstərən rəqibin müqavimətini çətinliklə qırıb. Gərgin mübarizə şəraitində keçən oyun 25:22 hesabı ilə nəticələnib.
Günün ikinci qarşılaşması haqqında da eyni fikirləri səsləndirmək olar. “Təhsil”lə oyuna favorit qismində çıxan “Bakı” qarşıya qoyulan tapşırığı yerinə yetirib. Lakin qələbənin heç də asan başa gəldiyini söyləmək olmaz. “Bakı” komandası rəqibi cəmi 4 xal fərqi ilə üstələməyi bacarıb – 29:25.
Qrup oyunlarının nəticələrinə əsasən, “Məhsul” mərhələni ilk pillədə başa vurub. “Bakı” 2-ci, “Təhsil” 3-cü, U-18 4-cü yerdə qərarlaşıb.
Aprel ayında keçiriləcək yarımfinal oyunlarında “Məhsul” U-18 komandası ilə, “Bakı” isə “Təhsil”lə üz-üzə gələcək.
Azərbaycan kubokunun sahibi mayda müəyyənləşəcək.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Avqust 2020
BE ÇA Ç CA C Ş B
« Fev    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Məhsul9801281-20816
2Bakı9702287-20114
3Təhsil9216222-2755
4U-189118204-3101

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol9801296-22616
2Qarabağ9702291-25414
3Azərsu9306277-2786
4İdman Akademiyası9009256-3680