Azərbaycan kuboku yarışlarının qalibləri müəyyənləşib

Həndbol üzrə ölkə kuboku yarışlarınna yekun vurulub.

“ABU Arena”da təşkil olunan final mərhələsində meydançaya əvvəlcə qadın həndbolçular çıxıblar. Maraqlı mübarizə vəd edən “Azəryol” – “Azərsu” görüşündə “Azərsu”nun imkanlarını yüksək qiymətləndirənlər yanılıblar. Ölkə çempionatının lideri rəqibin kuboka gedən yolunu kəsə bilməyib. Hücumları daha effektli alınan “Azəryol” 29:20 hesablı qələbə ilə yarışın baş mükafatına layiq görülüb.

Kişi həndbolçuların Azərbaycan kubokunun final matçında isə “Məhsul” və “Bakı” komandaları münasibətləri aydınlaşdırıblar.

Görüş boyu yüksək əzmkarlıq göstərən rəqiblərin məsələni əsas vaxtda həll etmək istəyi alınmayıb. Hakimin final fiti səslənərkən, tabloda hesab 28:28 olub. Qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub ki, bu mübarizədən də “Bakı” məğlub ayrılıb. Rəqibdən fərqli olaraq  2 penaltini dəqiq yerinə yetirən “Məhsul” həndbolçuları ölkə kubokunu başları üzərinə qaldırıblar.

Final oyunlarından sonra mükafatlandırma mərasimi olub. Qalibləri təbrik edən Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov  dekabrda start verilən yarışın uğurla başa çatdığını vurğulayıb. Ölkədə idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından söz açan federasiya rəsmisi son illərdə həndbol sahəsindəki irəliləyişləri də bunun məntiqi nəticəsi kimi qiymətləndirib. Qaliblərə qarşıdakı beynəlxalq yarışlarda uğurlar arzulayan Orxan Abbasov finalda uduzan komandaların üzvlərinə ruhdan düşməməyi tövsiyyə edib.

NÖVBƏTİ OYUN

İdman Akademiyası — Azəryol

ABU ARENA

BİZİ İZLƏYİN

OYUN TƏQVİMİ

Aprel 2019
BE ÇA Ç CA C Ş B
« Mar    
123457
89101112
151617181921
222328
2930  

XAL CƏDVƏLİ

KİŞİLƏR XI TUR

SıraKlubOQXal
1Məhsul111020
2Bakı11918
3Təhsil1136
4U-161100

QADINLAR XVII TUR

SıraKlubOQXal
1Azərsu171632
2Azəryol181632
3Qarabağ16918
4İdman Akademiyası1537