Azərbaycan kuboku turnirində növbəti oyunlar keçirilib

Qadın həndbolçuların Azərbaycan kuboku turniri davam edir. Yarışın qrup mərhələsində ikinci oyun günü də arxada qalıb. Meydançaya əvvəlcə “Azəryol” və “Qarabağ” komandaları çıxıblar. Ölkə çempionatında da gərgin mübarizə aparan rəqiblərin görüşü maraqla gözlənilirdi. Əksəriyyət bu qarşılaşmada “Azəryol”un imkanlarını yüksək qiymətləndirsə də oyun “Qarabağ”ın qələbəsi ilə yekunlaşıb – 32:29.

Günün digər matçında isə gözlənilən nəticə qeydə alınıb. “İdman Akademiyası” komandası çox çalışsa da, “Azərsu”nun kəskin hücumlarının qarşısını ala bilməyib. Görüş 40:28 hesabı ilə “Azərsu”nun xeyrinə başa çatıb.

Qadın həndbolçuların ölkə kuboku yarışında qrup mərhələsinə yanvarın 29-da yekun vurulacaq. Həmin gün “Azəryol” “Qarabağ”la, “Azərsu” “İdman Akademiyası” ilə üz-üzə gələcək. Qeyd edək ki, yarışın yarımfinal mərhələsi aprel ayına təyin olunub. Qalib komandaların adına isə mayın 2-də keçiriləcək həlledici görüşlərdə aydınlıq gətiriləcək.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Fevral 2020
BE ÇA Ç CA C Ş B
« Dek    
 12
346789
10111213141516
17181920212223
242526272829  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Məhsul9801281-20816
2Bakı9702287-20114
3Təhsil9216222-2755
4U-189118204-3101

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol9801296-22616
2Qarabağ9702291-25414
3Azərsu9306277-2786
4İdman Akademiyası9009256-3680