Azərbaycan kuboku turnirində mübarizə başlandı

Həndbol üzrə ölkə kuboku yarışlarına start verilib. İlk olaraq kişilərdən barət komandalar mübarizəyə qatılıblar. 3 turdan ibarət qrup mərhələsinin ilk oyun günündə, meydançaya əvvəlcə “Təhsil” və “Məhsul” kollektivləri çıxıblar. Azərbaycan çempionatının lideri, kubok turnirində də nahaq yerə favorit sayılmadığını sübut edib. Görüş “Məhsul”un 36:28 hesablı qələbəsi ilə başa çatıb.

Günün digər oyununda isə “Bakı” U-18 komandasını sınağa çəkib. Bu qarşılaşma da imkanları yüksək qiymətləndirilən rəqibin qələbəsi ilə nəticələnib. Gənc həndbolçular çox çalışsalar da, “Bakı”nın uğurlu startına mane ola bilməyiblər – 36:20.

Yanvarın 15-də qadın həndbolçulardan ibarət komandalar kubok uğrunda mübarizəyə başlayacaqlar. İlk turda “Azərsu” “Azəryol”la, “Qarabağ” “İdman Akademiyası” ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarışın yarımfinal mərhələsi aprel ayına təyin olunub. Qalib komandaların adına isə  mayın 2-də keçiriləcək həlledici görüşlərdə aydınlıq gətiriləcək.

 

 

 

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Fevral 2020
BE ÇA Ç CA C Ş B
« Dek    
 12
346789
10111213141516
17181920212223
242526272829  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Məhsul9801281-20816
2Bakı9702287-20114
3Təhsil9216222-2755
4U-189118204-3101

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol9801296-22616
2Qarabağ9702291-25414
3Azərsu9306277-2786
4İdman Akademiyası9009256-3680