Azərbaycan Həndbol Federasiyasının nümayəndələri Şirvan şəhərində görüş keçiriblər

Azərbaycan Həndbol Federasiyasının  idman şöbəsinin müdiri İsgəndər Əsgərov, baş məşqçilər Çingiz Əzimov və Vidadi Əliyev  Şirvan şəhərində həndbol idman növünün durumu, bu sahədəki problemlər, uşaq və gənclər məktəblərinin mövcud vəziyyəti ilə bağlı görüş keçiriblər.

Əvvəlcə Şirvan Dövlət İqtisadiyyat və Hümanitar Kollecinin idman zalına baxış keçirilib. Həndbol üzrə fəaliyyət göstərən məşqçilərlə ətraflı müzakirələr aparılıb, təkliflər dinlənilib.

Görüş zamanı komandanı federasiyanın nümayəndələri ilə tanış edən İsgəndər Əsgərov gələcək planlardan söhbət açıb. O, yaxın aylarda yeniyetmə qızlar arasında Azərbaycan birinciliyinin keçiriləcəyini xüsusi vurğulayaraq komandaya uğurlar arzulayıb.

Yeni yaradılmış 2008-2009-cu il təvəllüdlü qızlardan ibarət  komandaya geyim forması və toplar hədiyyə olunduqdan sonra federasiya rəsmiləri məşq prosesini izləyiblər.

Baş məşqçilər tərəfindən oyun qaydaları haqqında müəyyən göstərişlər verilldikdən sonra yeniyetmə qızlar arasında oyun keçirilib.

Növbəti həftələrdə  Cəlilabad, Tovuz və digər rayonlara səfərlər planlaşdırılır.

 

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Fevral 2020
BE ÇA Ç CA C Ş B
« Dek    
 12
346789
10111213141516
17181920212223
242526272829  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524