Azərbaycan Həndbol Federasiyasında dopinqlə mübarizə mövzusunda tədbir keçirilib  

Milli Antidopinq Agentliyi (AMADA) Azərbaycanda fəaliyyət göstərən idman federasiyaları ilə əməkdaşlıq çərçivəsində tədbirlər keçirməkdədir. Belə tədbirlərdən biri ABU Arenada təşkil olunub.

 Azərbaycan Həndbol Federasiyasının rəsmiləri, həkimləri və idmançılarının qatıldığı görüş maarifləndirici xarakter daşıyıb.

AMADA təmsilçiləri tərəfindən dopinqlə mübarizə yolları haqqında ətraflı məlumat verilib, həkimlər və idmançılar qadağan olunmuş preparatlar barədə məlumatlandırılıblar.

Bu cür tədbirlərin əsas məqsədi, ölkədə dopinqlə mübarizənin səmərəli şəkildə aparılmasıdır. Yerli idman federasiyaları ilə imzalanan memoranduma əsasən təşkil olunan maarifləndirici görüşlər artıq öz bəhrəsini verməkdədir. Son zamanlar idmançılarımızın dopinq qalmaqallarında adlarının hallanmaması bunu təsdiqləyir.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

OYUN TƏQVİMİ

Yanvar 2019
BE ÇA Ç CA C Ş B
« Dek    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

OYUN NƏTİCƏLƏRİ

TarixHadisələrZaman/NəticəMəkanMəqalə

XAL CƏDVƏLİ

KİŞİLƏR

SıraKlubOQXal
1Məhsul448
2Bakı436
3Təhsil412
4U-16400

QADINLAR

SıraKlubOQXal
1Azərsu6612
2Azəryol548
3Qarabağ536
4İdman Akademiyası713