Azərbaycan çempionatında II dövrəyə yekun vurulub

Kişi həndbolçuların Azərbaycan çempionatında da 9-cu turun oyunları keçirilib. İkinci dövrənin son turunda  əvvəlcə “Məhsul” və U-18 komandaları meydançaya çıxıblar. Çempionatın lideri autsayderlə oyunda çətinlik çəkmədən qələbə qazanıb. Səviyyə fərqinin açıq-aşkar nəzərə çarpdığı görüş 42:24 hesabı ilə nəticələnib.

Günün digər qarşılaşması da eyni ssenari ilə yadda qalıb. Çempionluq uğrunda mübarizə aparan “Bakı” “Təhsil”lə oyunun şəksiz favoriti olduğunu hesabda əks etdirib. Nominal ev sahibi çox çalışsa da ağır məğlubiyyətdən yaxa qurtara bilməyib – 18:33.

Növbəti qələbəsini qazanan “Məhsul” komandası 16 xalla ikinci dövrəni lider kimi başa vurub. “Bakı” ondan iki xal geridədir. Üçüncü pillənin sahibi “Təhsil”in aktivində 3 xal var. U-18 1 xalla yarış cədvəlinin autsayderidir.

Bu qarşılaşmalardan sonra ölkə çempionatında gələn ilin mart ayınadək fasilə yaranacaq.

Yanvarın 11-də isə  Azərbaycan kuboku uğrunda turnirin oyunları olacaq. Həmin gün “Məhsul” “Təhsil” ilə, “Bakı” isə U-18 komandası ilə üz-üzə gələcək.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Avqust 2020
BE ÇA Ç CA C Ş B
« Fev    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Məhsul9801281-20816
2Bakı9702287-20114
3Təhsil9216222-2755
4U-189118204-3101

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol9801296-22616
2Qarabağ9702291-25414
3Azərsu9306277-2786
4İdman Akademiyası9009256-3680