Azərbaycan çempionatına yekun vurulub

Kişi həndbolçuların ardınca  qadın həndbolçuların Azərbaycan çempionatına da yekun vurulub. Son turun görüşlərində “Azərsu” “İdman Akademiyası”na 36:23 hesabı ilə qalib gəlib. Tbilisinin “Olimpiya” komandasının keçirdiyi iki oyunda isə bu nəticələr qeydə alınıb: “Olimpiya” – “Gənclər Birliyi” 31:14, “İdman Akademiyası” – “Olimpiya” 32:26.

Xatırladaq ki, bu mövsüm çempion adına qızıl medalları vaxtından əvvəl təmin edən “Azəryol” layiq görülüb. “Azərsu” gümüş, “Qarabağ” komandası isə bürünc mükafata sahib çıxıb.

Kişi həndbolçuların mübarizəsini isə “Məhsul” komandası qələbə ilə başa vurub. “Bakı” 2-ci, “Təhsil” 3-cü, U-16 isə 4-cü pillədə qərarlaşıb.

Fərqlənən komandalara və həndbolçulara federasiya tərəfindən diplom, medal və qiymətli hədiyyələr təqdim olunub.

Bağlanış mərasimində qalibləri təbrik edən Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov  digər iştirakçıları ruhdan düşməməyə çağırıb. Həndbolçularımızı iyul ayında daha bir ciddi sınaq gözlədiyini deyən federasiya rəsmisi, Avropa Gənclərinin Yay Olimpiya Festivalında komandalarımıza uğurlar arzulayıb.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

OYUN TƏQVİMİ

İyul 2019
BE ÇA Ç CA C Ş B
« Apr    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

OYUN NƏTİCƏLƏRİ

TarixHadisələrZaman/NəticəMəkanMəqalə

XAL CƏDVƏLİ

KİŞİLƏR XI TUR

SıraKlubOQXal
1Bakı121020
2Məhsul121020
3Təhsil1248
4U-161200

YEKUN CƏDVƏL

SıraKlubOQXal
1Azərsu201836
2Azəryol201836
3Qarabağ201020
4İdman Akademiyası20613