Avropa Həndbol Federasiyasının deleqatı İsgəndər Əsgərov yeni təyinat alıb

Kişi həndbolçular arasında Avropa Həndbol Federasiyasının Avropa kuboku turnirində ikinci mərhələnin oyunları böyük maraqla gözlənilir. Bu mərhələnin prinsi­piallığı ilə seçilən görüşlərindən birində Türkiyənin “İzmir” və Yunanıstanın “Puleya” komandaları üz-üzə gələcəklər.

Oktyabrın 23-ü və 24-də İzmirin “Celal Atik Spor Salon” arenasında təşkil olunacaq oyunlar gərgin mübarizə vəd edir. Püşkə əsasən Türkiyədə keçiriləcək hər iki qarşılaşmanın hakim inspektoru İsgəndər Əsgərov olacaq. Təcrübəli referi qarşılaşmalarda Avropa Həndbol Federasiyasının nümayəndəsi kimi təmsil olunacaq.

Qeyd edək ki, İsgəndər Əsgərov Avropa Həndbol Federasiyasının ən təcrübəli hakim-inspektorlarından biridir.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

May 2022
BE ÇA Ç CA C Ş B
« Fev    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524