Avropa Həndbol Federasiyasının baş ofisində görüş keçirilib

Bu gün Avropa Həndbol Federasiyasının Avstriyanın paytaxtı Vyanada yerləşən baş ofisində görüş keçirilib. Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov, 1-ci vitse-prezidenti Orxan Abbasov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Ernest Ağakişi Avropa Həndbol Federasiyasının prezidenti Mixael Viderer və baş katibi Martin Hausleytner ilə görüşdə bir sıra məsələləri müzakirə edib.  Söhbət Azərbaycan həndbolunun inkişaf istiqaməti, qarşılıqlı əməkdaşlıq, beynəlxalq yarışların keçirilməsi, uşaq həndbolunun inkişaf etdirilməsi, gənc hakimlərin yetişdirilməsi, məşqçilərin beynəlxalq seminarlarda iştirakı, həmçinin, Avropa Həndbol Federasiyasında fəaliyyət göstərən komisiyalarda təmsilçilikdən gedir.

Sabah davam etdiriləcək görüşdə digər məsələlər də müzakirə olunacaq. Bugünkü görüş zamanı Azərbaycan həndbolundan bəhs edən videoçarx da nümayiş olunub, nümayəndə heyətimiz tərəfindən AHF prezidentinə hədiyyələr təqdim edilib.

 

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

İyun 2022
BE ÇA Ç CA C Ş B
« Fev    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524