Almaniya və Danimarka komandalarından növbəti qələbə

Almaniya, Danimarka və Fransa komandaları qələbə qazanıblar
23.07.2019

 

“EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında həndbolçu oğlanların yarışı davam edir. İkinci oyun günündə hər iki qrupun komandaları meydançaya çıxıblar. A qrupunda görüşlər Danimarka və Almaniya komandalarının qələbəsi ilə başa çatıb.

A qrupu

Azərbaycan – Danimarka 8:32

Almaniya – Serbiya 31:17

İki oyundan hərəyə 4 xal toplayan Almaniya və Danimarka komandaları  növbəti mərhələyə vəsiqəni təmin ediblər.  Azərbaycan və Serbiya həndbolçularının aktivində hələ ki xal yoxdur.

B qrupunun oyunlarında Sloveniya komandası İslandiya seçməsi ilə heç-heçə edib. Fransa millisi isə Xorvatiya həndbolçuları ilə gərgin mübarizədən qalib ayrılıb.

B qrupu

Sloveniya – İslandiya 21-21

Fransa – Xorvatiya 27-26

Qrupa iki oyundan 3 xal toplayan İslandiya millisi başçılıq edir.

Fransanın və Sloveniyanın 2, Xorvatiyanın 1 xalı var.

Qeyd edək ki, Bakı İdman Sarayı və “ABU Arena”da keçirilən həndbol yarışlarına iyulun 27-də yekun vurulacaq

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
     
 123456
78101113
141517181920
21222324252627
28293031  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Bakı1100-2
1Məhsul1100-2
3Təhsil1001-0
3U-181001-0

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol1100-2
1Qarabağ1100-2
3Azərsu1001-0
3İdman Akademiyası1001-0