AHF bir qrup həndbolçunun şər-böhtanlarını və qərəzli fikirlərini rədd edir

Bir qrup həndbolçu tərəfindən ötən gün  AHF-in fəaliyyəti  ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar səsləndirilib. Məlumatın  məğzi bundan ibarətdir ki, guya  Federasiya maaşları qat-qat aşağı salaraq  məşqləri qeyri-iş günlərində davam etdirib. Həmçinin   istirahətə göndərmək məsələsi, zalların bağlanması  və başqa məqamlar da məlumatda  yer alıb.

Hamıya bəllidir ki, COVID -19 pandemiyası bütün sahələr  kimi, idman sferasına də təsirsiz ötüşməyib.  Amma buna baxmayaraq, il yarım ərzində zallar bağlı olsa da, həndbolçular  pandemiya dövründə  vaxtı-vaxtında maaşlarını alıblar.

Bütün dünyada tüğyan edən koronavirus pandemiyası ilə əlaqədar yaranan fasilədən sonra, bu ilin avqust ayında məşqlərə başlamışıq. “ABU Arena”da məşq üçün hələlik imkan olmadığından, həndbol komandaları Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində hazırlıq keçir.

Yayda istirahətə göndərmək məsələsində normalara riayət edilib-edilməməsinə gəldikdə isə, burada heç bir problem yoxdur.   Bütün idman növlərində olduğu kimi avqustda başlayan mövsüm mayda başa çatır. Hələ mövsümün əvvəlində idman geyimləri də daxil olmaqla yanaşı, top və digər ləvazimatların  da ən yaxşıları əldə olunur ki, idmançıların bu məsələlərə  dair şikayətləri olmasın.

Qeyd etmək yerinə düşər ki, hənbolçular üçün nəzərdə tutulan  məvacibləri Azərbaycan Həndbol Federasiyası deyil, klublar təyin edir. Maaşların məbləği də Federasiya tərəfindən maliyyələşən  klublar tərəfindən müəyyənləşdirilir. Subyektiv səbəblərdən məşqlərə qatıla bilməyən həndbolçuların aylıq məvaciblərinin azaldılması və ya kəsilməsi Federasiya ilə razılaşdırmaqla    klublar  tərəfindən həyata keçirilir. Məsələn, “Bakı” klubunun bir neçə oyunçusu  ötən ay şəxsi işləri ilə əlaqədar  əksər məşqlərdə iştirak etməyiblər. Hətta həmin oyunçular vaxtilə milli komandaya dəvət olunsalar da, məlum səbəblərdən  dəvəti  də qəbul etməyiblər.

Bütün bunlara  baxmayaraq, onlar mətbuatdakı  çıxışlarının çox hissəsini fəaliyyətlərindəki nöqsanlara  deyil, Federasiyaya  böhtan atmağa sərf ediblər. Özlərinə haqq qazandırmaqda  heç bir real arqumentləri olmadığı üçün  hazırda müxtəlif bəhanələr uydurmaqdadırlar. Real vəziyyətdən  uzaq olan bu mövqe faktiki olaraq onların acizliyinin əlamətidir.

Eyni zamanda  təhqirə əl atmaqdan belə  çəkinməyən  həmin həndbolçuların nəzərinə çatdırırıq ki,  SSRİ yığma komandasının üzvü, SSRİ Çempionatının mükafatçısı Vidadi Əliyev “Əməkdar bədən tərbiyəsi və İdman xadimi” adına layiq görülüb və 1981-ci ildən etibarən məşqçi kimi fəaliyyət göstərir.

Görəsən idmana  dair elementar nəzəri bilgisi olmayan  sözügedən  həndbolçuların  bütün məsələlərə qərəzli yanaşması  gülünc deyilmi?

Görünən odur ki, bu cür əsassız məlumatların yayılması federasiyanın  reputasiyasına mənfi təsir göstərilməsi cəhdinin yeni bir  bir nümunəsidir.

Bu kimi xəbərləri böyük təəssüf hissi ilə qarşılayır və onların yayılmasının arxasında duran səbəblərdən asılı olmayaraq bəyan edirik ki, bütün bunlar fəaliyyətimiz  üçün  heç bir əngəl törədə bilməz.

Bir sözlə,  bilərəkdən belə məlumatların mətbuata çıxarılmasının səbəbi ictimai rəyi çaşdırmaq, federasiyanın  həyata keçirdiyi tədbirlərin üzərinə kölgə salmaqdır.

O ki qaldı  komandalarla  görüşmək məsələsinə, bu məlumatın da heç bir əsası yoxdur. Federasiya tərəfindən həndbolçularla müntəzəm şəkildə görüşlər təşkil olunur, onların problemlərinin həlli üçün lazımi addımlar atılır. Bundan sonra da, eyni tədbirlər davam etdiriləcək.

 

Şərh əlavə et

Click here to post a comment

9 + 1 =

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Dekabr 2021
BE ÇA Ç CA C Ş B
« Fev    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Məhsul9801281-20816
2Bakı9702287-20114
3Təhsil9216222-2755
4U-189118204-3101

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol9801296-22616
2Qarabağ9702291-25414
3Azərsu9306277-2786
4İdman Akademiyası9009256-3680