XXIX Azərbaycan çempionatına kişi həndbolçuların mübarizəsi ilə start verilib

Noyabrın 12-də həndbol üzrə XXIX Azərbaycan çempionatına start verilib.
“AHF Arena” idman kompleksində keçirilən yarışın açılış mərasimi iştirakçıların paradı ilə başlanılıb.
Açılış mərasimində çıxış edən Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov AHF-nin prezidenti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun adından iştirakçıları yarışın başlanması münasibətilə təbrik edib. O, turnirin həndbolun inkişafına təkan verəcəyinə ümidvar olduğunu söyləyərək komandalara uğurlar arzulayıb.
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov növbəti ölkə çempionatından sağlam rəqabət və maraqlı idman mübarizəsi gözlədiklərini bildirib. Nazirlik rəsmisi komanda sayının artırılmasının buna zəmin yaradacağını vurğulayıb.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra turnir açıq elan edilib.
Azərbaycan çempionatı kişilərin yarışı ilə start götürüb. Açılış matçında “Təhsil” “U-16” üzərində inamlı qələbə qazanıb – 49:19. Ardınca meydançaya “Məhsul” və “Bakı” komandaları çıxıblar. Gərgin mübarizə ilə yadda qalan oyun 29:28 hesabı ilə “Məhsul”un xeyrinə başa çatıb. “İdman Akademiyası” – RİOEUGİM görüşündə isə nominal ev sahibi qələbə çalıb – 46:28.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarışda ümumilikdə 7 kişi (Bakı, Təhsil, Məhsul, İdman Akademiyası, Dinamo, RİOEUGİM, U-16) və 5 qadın (Azəryol, Qarabağ, İdman Akademiyası, Azərsu, U-16) kollektivi mübarizə aparacaq.

Şərh əlavə et

Click here to post a comment

one × 1 =

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
« Fev    
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524