“Azəryol” komandası yeni mövsümə hazırlığa start verib

Həndbol üzrə Azərbaycan çempionu “Azəryol” komandası yeni mövsümə hazırlığa start verib. “AHF Arena” idman kompleksndə keçirilən məşq prosesinə 14 idmançı cəlb edilib. Fiiziki və taktiki hazırlıqlarının artırılması üzərində işləyən kollektiv Çingiz Əzimovun rəhbərliyi ilə həftədə beş dəfə olmaqla, məşqlərə qatılır. Həm növbəti ölkə çempionatında, həm də Avropa kuboku yarışlarında uğurla çıxış edəcəyinə ümid bəsləyən həndbolçularımız gərgin məşq edirlər.
Yeri gəlmişkən, qadın həndbolçuların Avropa Həndbol Federasiyası (EHF) kuboku turniri davam edir. “Azəryol” qitəmiqyaslı yarışda mübarizəyə ikinci təsnifat mərhələsindən qatılacaq. Komandamız püşkatmanın nəticəsinə görə Avstriyanın “Roomz Jags” klubu ilə üz-üzə gələcək. Razılaşmaya əsasən ilk qarşılaşma oktyabrın 8-də Avstriyanın Viner Noyştadt şəhərində olacaq. Rəqiblər ertəsi gün cavab matçına da, sözügedən şəhərin “Roomz Arena” idman kompleksində çıxacaqlar. İki oyunun nəticəsinə görə üstünlük qazanan komanda yarışın üçüncü təsnifat mərhələsinə yüksələcək.

 

Şərh əlavə et

Click here to post a comment

four × 1 =

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Sentyabr 2022
BE ÇA Ç CA C Ş B
« Fev    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524