Həndbol üzrə seminara yekun vurulub

Azərbaycan Həndbol Federasiyasının hakim vəzifəsinə namizədlərin seçilməsi üçün təşkil etdiyi seminara yekun vurulub.

Seminar hakimlik və yarış qaydalarında olan yenilikləri iştirakçıların diqqətinə çatdırmaq məqsədi daşıyır.

Sonda 30-a  yaxın namizəd imtahan verib.

Fərqlənənlərə AHF-nin sertifikatlarını  təqdim edən  Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Fərid Mansurov və  həndbol üzrə olimpiya çempionu Lyudmila Şubina onları təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Iki gün davam edən seminarın lektorları beynəlxalq dərəcəli hakimlərimiz İsgəndər Əsgərov, Ələkbər Ağakişiyev, Vaqif Əliyev və Ernest Ağakişi olub.

Qeyd edək ki, AHF tərəfindən analoji seminarların davamlı olaraq  təşkil olunması nəzərdə tutulub.

Şərh əlavə et

Click here to post a comment

2 × three =

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

May 2022
BE ÇA Ç CA C Ş B
« Fev    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524