“Azəryol”dan növbəti qələbə, “Bakı”nın ilk məğlubiyyəti

Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. Qadınlardan ibarət komandaların yarış cədvəlinin lideri “Azəryol” “Qarabağ”la görüşdə də pərəstişkarlarını sevindirib. Gözlənildiyi kimi gərgin mübarizə ilə yadda qalan oyunun ilk hissəsində üstünlüyə yiyələnən “Azəryol” sonadək təşəbbüsü qoruyaraq inamlı qələbə qazanıb – 37:28. “İdman Akademiyası” – “Azərsu” oyunu da maraqlı idman mübarizəsi şəraitində keçib. “Azərsu” fasiləyə 2 xal fərqi ilə üstün yollansa da artığını bacarmayıb. Geriliyi aradan qaldıran “İdman Akademiyası” görüşü heç-heçə başa vurub – 24:24.
5 oyundan maksimum nəticə göstərən “Azəryol” çempionatın vahid lideridir. “Qarabağ” ondan 4 xal geri qalır. “İdman Akademiyası” ilə “Azərsu”nun hərəyə 2 xalı var.
Kişi həndbolçuların çempionatının 7-ci turunda lider “Bakı” yarışda ilk məğlubiyyəti ilə barışıb. Paytaxtın eyni adlı komandası “Təhsil”lə gərgin mübarizə şəraitində keçən oyunda 26:29 hesabı ilə uduzub.
“Gənclər Birliyi” – U-18 İdman Akademiyası görüşündə nominal qonaqlar 36:24 hesabı ilə qalib gəliblər.
U-16 – “Məhsul” qarşılaşmasında isə ev sahibi qismində çıxış edən komanda qələbə çalıb – 33:26.
8-cı turun oyunlarında isə “Bakı” U-16-ya 31:20, “Məhsul” U-18 İdman Akademiyası-na 27:26, “Təhsil” “Gənclər Birliyi”nə 38:28 hesabı ilə qalib gəlib.
8 oyundan 14 xal toplayan “Bakı” yarış çədvəlinə liderlik edir. “Təhsil” 11 xalla ikincidir. U-16 və U-18 İdman Akademiyası-nın hərəyə 9, “Məhsul”un 3 , “Gənclər Birliyi”nin 2 xalı var.

Şərh əlavə et

Click here to post a comment

eighteen − 16 =

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Dekabr 2019
BE ÇA Ç CA C Ş B
« Okt   Fev »
 1
23568
910121315
16171819202122
23242526272829
3031  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524