Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar olub

Həndbol üzrə Azərbaycan çempionatı davam edir.

Şağan Olimpiya Kompleksində keçirilən yarışın növbəti oyun günündə meydançaya əvvəlcə kişilərdən ibarət “Məhsul” və “Bakı” komandaları çıxıblar. Gərgin mübarizə vəd edən görüşdə çempionatın liderinə bəslənən ümidlər özünü doğruldub. “Məhsul”un ciddi müqavimətinə rəğmən sonadək yüksək əzmkarlıq göstərən “Bakı” matçı qələbə ilə başa vurub – 28-25.

U-18 İdman Akademiyası – “Təhsil” görüşü də maraqlı idman mübarizəsi şəraitində keçib. Oyuna qələbə əzmi ilə çıxan “tələbələr” çətinliklə də olsa tapşırığı yerinə yetiriblər. Oyun 27-25 hesabı ilə başa çatıb.

“Gənclər Birliyi”  – U-16 matçında nominal qonaqların imkanları yüksək qiymətləndirilirdi. Bütün oyun boyu təşəbbüsü əldən verməyən U-16 komandası bu cür düşünənlərin yanılmadığını inamlı qələbə ilə sübut edib – 32:17.

Qadın həndbolçuların yarışında da növbəti turun görüşləri favoritlərin üstünlüyü ilə yadda qalıb. “Qarabağ” – “İdman Akademiyası” matçında rəqibi əksər komponentlərdə geridə qoyan “Qarabağ” 28:18 hesablı qələbə çalıb.

“Azərsu” – “Azəryol” qarşılaşmasında isə çempionatın əsas favoriti pərəstişkarlarını sevindirib. “Azərsu” həndbolçuları daha keyfiyyətli oyun nümayiş etdirən rəqibin qarşısını almaqda çətinlik çəkiblər – 12:32.

Kişi həndbolçuların 6-cı turunun oyunlarında isə “Bakı” – “Gənclər Birliyi”nə 33:26,  U-16 – U-18 İdman Akademiyasına 28:25, “Təhsil” “Məhsul”a  31:26 hesabı ilə qalib gəlib.

 

 

Şərh əlavə et

Click here to post a comment

eleven − 7 =

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Aprel 2022
BE ÇA Ç CA C Ş B
« Fev    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524