Orxan Abbasov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib

Prezident İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Təltif edilənlərin sırasında Gənclər və İdman Nazirliyinin əməkdaşı, Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov da yer alıb. Sərəncama əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə, Abbasov Orxan Vilayət oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, Abbasov Orxan Vilayət oğlu 1983-cü ildə Mingəçevir şəhərində anadan olub. 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər, 2004-2008-ci illərdə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq Dövlət Universitetində hüquqşünaslıq, 2018-2020-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçiliyi Akademiyasında Dövlət Qulluğunun Təşkili və İdarəedilməsi ixtisasları üzrə təhsil alıb.

2009-2015-ci illərdə Səbail rayon Gənclər və İdman İdarəsində

aparıcı məsləhətçi vəzifəsində çalışıb. 2015-ci ildən hal-hazıradək həmin idarənin rəis müavini vəzifəsində işləyir.

2017-ci ildə Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin olunub.

2009-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, iki uşağı var.

 

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

İyun 2020
BE ÇA Ç CA C Ş B
« Fev    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524